"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

T.Məmmədov: “Badamdar bələdiyyəsi daim şəhidlərin xatirəsini əziz tutur”

--2023-03-06 / 18:32

"Səbail rayonu Badamdar bələdiyyəsi şəhidlərin xatirəsinə həsr oluan növbəti bir layihəyə yekun vurub"-bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Təzəxan Məmmədov bildirib.

Sədrin sözlərinə görə, Səbail RiH-in təşəbbüsü ilə qəsəbənin qəbrstanlıq  ərazisindəki "şəhidlər xiyabanı”nda Badamdar sakini olmuş, lakin II Fəxri xiyabanda və ya doğulduğu rayonda dəfn olunmuş beş şəhidin xatirəsinə həsr olunmuş Xatirə kompleksi hazırlanıb.

Xüsusi layihə əsasında hazırlanan barelyefdə ikinci Qarabağ müharibəsində şəhid olmuş- ilkin əhədzadənin, Orxan ismayılovun, Vüsal Həsənovun, Cəmil Məmmədlinin və Məmmədağa Səfərovun şəkilləri və bioqrafik məlumatları yer alıb.

Sədrin sözlərinə görə, Badamdar bələdiyyəsi daim şəhidlərin xatirəsini əziz tutur, habelə Səbail RiH-in təşəbbüsü ilə onların hər birinin yaşadıqları binalarda barelyefləri vurulub.

Sədr  daha sonra bildirib ki, bələdiyyə olaraq şəhidlərimizin ailə üzvlərinə daim qayğı və diqqəti əsirgəmirik.

 Belediyye.info

ŞƏRHLƏR